Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 111 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (21-27 sentyabr) baş vermiş bədbəxt hadisələr nəticəsində 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 5 intihar hadisəsi qeydə alınıb.
Bundan başqa, həftə ərzində 7 nəfər qətldə, 6 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 32 nəfər oğurluqda, 20 nəfər soyğun və qarətdə, 3 nəfər avtomobil qaçırmaqda, 2 nəfər şantajda, 6 nəfər dələduzluqda, 2 nəfər saxta pul satmaqda şübhəli bilinərək saxlanılıb.
C.Həmidov