Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Şəmkirdə 2 günlük aksiya keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“300-ə yaxın sakin müayinəyə cəlb edilib. 100-dən çox vətəndaş müayinədən keçirilib. Onlardan 30 nəfəri əməliyyat edilib”, – deyə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov qeyd edib.
Bundan başqa, rayonda fəaliyyət göstərən oftolomoloji kabinet gündəlik olaraq yerli sakinlərə xidmət göstərir. “Bizim rayon poliklinikasında oftalmoloji kabinetimiz var. Burada 2 həkim fəaliyyət göstərir. Bizdə göz xəstəliklərinin diaqnostikasında ən müasir avadanlıqlardan istifadə olunur”, - deyə baş həkim bildirib.
Aksiyada göstərilən xidmətlərdən əsasən yaşlı nəslin nümayələri yararlanıb.
F.Mehdiyev