Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının nümayəndəsi Arzu Səmədbəylinin deputatlığa namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imzaların 117-sini etibarsız hesab edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından məlumat verir
MSK-nın bazar ertəsi keçirilmiş iclasında qeyd edilib ki, A.Səmədbəyli namizədliyinin qeydə alınması üçün 547 imza təqdim edib. Lakin onun təqdim etdiyi imzalardan 117-si etibarsız hesab edilib. Buna görə də onun noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədliyi təsdiq edilməyib.
R. Babayev