Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 317 nəfərin namizədliyini təsdiq edib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
“Parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1560 nəfər müraciət edib”,- deyə M.Pənahov MSK-nın bazar ertəsi keçirilən iclasında bildirib.
560 nəfərin namizədliyi siyasi partiyalar, 60 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb, 937 nəfər isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb”,- deyə o qeyd edib.
“MSK 1461 nəfərin namizədliyini təsdiq edib. İmza vərəqləri verilmiş 1352 nəfərdən 521 nəfər vərəqləri dolduraraq geri qaytarıb”,- deyə MSK sədri bildirib.
“İmza vərəqlərinin analizi nəticəsində MSK hazırda 317 nəfərin namizədliyini təsdiq edib”,- deyə o vurğulayıb.
M.Pənahovun sözlərinə görə, MSK 108 müşahidəçini də akkreditə edib.
İclasda bir sıra dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər təsdiq edilib, seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
R. Babayev