Azərbaycan 2015-ci ilin yanvar-avqust aylarında 22 mln. 166 min 644,22 ton neft ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, cari ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 18 mln. 92 min 965,2 ton (həmçinin “Şahdəniz” yatağından 1 mln. 348 min 745,45 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 2 mln. 809 min 29 ton, Bakı-Novorossiysk neft kəməri ilə 847 min 107 ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 417 min 543,02 ton neft daşınıb.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-avqust aylarında ixrac edilən $6 mlrd. 394 mln. 879,77 min məbləğində neftin bəyan edilmiş həcmi 14 mln. 910 min 250,03 ton təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan $534 mln. 354,59 min məbləğində 1 mln. 506 min 120,68 ton neft məhsulu ixrac olunub.
N.Abbasova