Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Rusiyanın Sankt-Peterburq şəhərində I Avrasiya Qadınlar Forumunda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Forum II Dünya müharibəsinin 70 illiyinə həsr olunub. Tədbir çərçivəsində Avrasiya ölkələri arasında sosial təhlükəsizlik, dayanıqlı və davamlı inkişaf üçün beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Forumda qadınların iqtisadi şəraitdə, siyasətdə, cəmiyyətə sosial inteqrasiyada rolu ilə bağlı çıxışlar dinlənilib.
Tədbirdə II Avrasiya Qadınlar Forumunun 2018-ci ildə Sankt-Peterburq şəhərində keçirilməsi qərara alınıb.
A.Zeydullayeva