Çərşənbə axşamı Oğuz rayonunda 3,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Çərşənbə axşamı saat 08:06-da Şəkidən 23 km şərqdə, Oğuz ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 23 km olub.
Yeraltı təkanlar hiss olunmayıb.
A.Zeydullayeva