2015-ci ilin yanvar-avqust aylarında Azərbaycana 21,147 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 51,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 18,821 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 2,1 dəfə).
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,437 min ədəd motorlu nəqliyyat vasitəsi və 203 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 686 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.
N.Abbasova