Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti çərşənbə günü Ucar, Şəmkir və Tərtər rayonlarında əmək yarmarkaları keçirəcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək yarmarkalarında 60 müəssisə tərəfindən 823 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.
R.Babayev