Banqladeş hakimiyyəti İŞİD döyüşçüləri tərəfindən öldürüldüyü ehtimal olunan italiyalının qətlinin araşdırılmasına başlayıb. Bu barədə çərşənbə axşamı EFE agentliyi məlumat verib.
“Biz hücum faktı barədə müfəssəl məlumat toplayırıq. İŞİD-in bu insidentlə əlaqəsi olub- olmamasını araşdırırıq.Lakin başqa versiyalar da var”,- deyə Banqladeş polisinin nümayəndəsi agentliyə bildirib.
Bir gün əvvəl Dəkkədə Niderlandın ICCO qeyri-hökumət təşkilatının əməkdaşı Çezare Tavellanın öldürülməsi barədə xəbər yayılıb. O, küçə ilə gedərkən naməlum silahlılar tərəfindən atəş açılıb. Öldürülərkən mərhumun üzərində heç bir qiymətli əşya olmayıb.
İŞİD terror təşkilatı qətl hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.