Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 425 nəfərin namizədliyini təsdiq edib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
“Parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1753 nəfər müraciət edib”,- deyə M.Pənahov MSK-nın çərşənbə axşamı keçirilən iclasında bildirib.
Qeydə alınmış 425 namizədin 165-i 14 siyasi partiya, 2 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi bloku tərəfindən, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb”, - deyə o qeyd edib.
R.Babayev