Azərbaycan və Paraqvayın xarici işlər nazirləri Elmar Məmmədyarov və Eladio Loizaga “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”imzalayıblar.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, Nyu-Yorkda keçirilən görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib. Həmsöhbətlər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyətini qeyd ediblər.
XİN başçıları regional və beynəlxalq məsələləri, həmçinin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu, Paraqvayın MERKOSUR-dakı fəaliyyəti, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri, habelə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər.
E.Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana səfərə dəvət edib. Dəvətə görətəşəkkürünü bildirən nazir qarşılıqı olaraq azərbaycanlı həmkarını da Paraqvayasəfərə dəvət edib.
Y.Əliyev