Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun rəhbərliyi ilə Rusiya nümayəndə heyəti çərşənbə günü Bakıya səfərə gəlir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbələrdən məlumat verilib.
Səfər zamanı G.Poltavçenko respublika rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Böyük Vətən müharibəsi veteranları ilə görüşəcək.
Q.Poltavçenko 1953-cü il fevralın 23-də Bakıda anadan olub. Atası paytaxt yaxınlığında xidmət edib. Erkən uşaqlığı Gürcüstan SSR-nin Poti şəhərində keçib. Burada onun atası Qara dəniz donanmasının qayıq əleyhinə gəmilər divizionunun komandiri olub. Q.Poltavçenkonun ailəsi 1961-ci ildə Leninqrada köçüb.
F.Hüseynzadə