“Azərişıq” ASC tərəfindən Qəbələdə yenidənqurma və təmir-bərpa işlərinə start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Qəbələ Paylayıcı Elektrik Şəbəkəsinin baş mühəndisi Nurməmməd Naibov məlumat verib.
““Azərişıq” ASC tərəfindən Qəbələ rayonunda elektrik təsərrüfatının tamamilə yenilənməsinə başlanılıb. Artıq rayonda 27 ədəd transformator yarımstansiyası quraşdırılıb, 2-si tam istismara verilib, 0,4 kilovoltluq 6 min metrdən çox köhnəlmiş elektrik naqilləri müasir SİP kabellərlə əvəzlənib, 300 ədəd 0,4 kilovoltluq yeni dayaq basdırılıb, Qəbələ yarımstansiyasında yenidənqurma işlərinə star verilib və yeni avadanlıqların quraşdırılması işləri davam etməkdədir. Tikintinin bu ilin noyabr ayının sonuna kimi təhvil verilməsi nəzərdə tutulub”,- deyə o qeyd edib.
“Rayonda payız-qış mövsümü ilə əlaqədar işlər sürətlə davam etməkdədir. Belə ki, 10 kilovoltluq köhnə naqillər 5000 m məsafədə yenidən dəyişdirilib və artıq bu işlər yekunlaşmaq üzrədir. Qısa müddətdə görülən bu tədbirlər sakinlərin etibarlı və keyfiyyətli enerji təminatına müsbət təsir göstərib”, - deyə o əlavə edib.
İ.Əhmədov