Bu gün Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində iki nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Siyəzən Rayon Polis Şöbəsindən məlumat verilib.
Bakı-Quba avtomobil yolunun 79-cu kilometrində "Shacman" və "Ford” markalı yük maşınları toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində həlak olublar.
Təhqiqat zamanı məlum olub ki, qarşı zolağa çıxan "Shacman”ın sürücüsü yük maşını ilə toqquşub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov