Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası arasında əməkdaşlığa dair razılıq əldə edilib.
Müvafiq sazişi iki ölkənin veteran təşkilatlarının rəhbərləri - general-mayor Dadaş Rzayev və Revaz Natsaraşvili imzalayıblar.
“Bizim xalqlarımızı həqiqi dostluq telləri bağlayır. Bu sənədin imzalanması Azərbaycan və Gürcüstanın veteranaları arasında əlaqələrin yaradılması və əməkdaşlığın inkişaf etdirilməsinə kömək edəcək”, - deyə D.Rzayev bildirib.
Onun sözlərinə görə, Gürcüstanın veteranlar təşkilatı ilə əldə edilmiş saziş Azərbaycanın veteranlar təşkilatının beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolunda ilk addımıdır.
“Biz Belarus, Qazaxıstan və digər ölkələrin veteranlar təşkilatları ilə də analoji sənəd imzalamağı planlaşdırırıq”,- deyə D.Rzayev qeyd edib.
“Sazişin imzalanması və mənim Azərbaycana səfərim dövlətlərimiz arasında münasibətlərin dərinləşməsinə kömək edəcək”,- deyə R.Natsarişvili qeyd edib.
“İmzalama mərasimində hər iki veteranlar təşkilatının rəhbərləri mükafatlandırılıb. D.Rzayevə Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının fəxri fərmanı, R. Natsaşaviliyə ilə Azərbaycan
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Veteran həmrəyliyi” medalı təqdim edilib.
İki ölkənin veteranlar təşkilatları arasında imzalanmış sənəd münasibətlərin inkişaf etdirilməsini, birgə idman tədbirlərinin keçirilməsini, turist mübadiləsi, konfrans, plenum və digər tədbirlərdə iştirak, veteranların Azərbaycan və Gürcüstanın kurortlarında istirahətinin təşkilini nəzərdə tutur.
“Hər iki tərəf Azərbaycan və Gürcüstanda Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin qorunmasına hörmət və dəstək ifadə edib, neofaşizm və antisemitizm ideologiyalarının dirçəlməsinə qarşı qətiyyətlə çıxış etdiklərini bildirib”, - deyə sənəddə vurğulanır.
R.Babayev