Oktyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Bakıya rəsmi səfərə gələcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Hulusi Akarın rəhbərklik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin səfəri oktyabrın 7-dək davam edəcək.
R.Babayev