Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən Göygöl Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Hər bir vətəndaşdan 200-300 millilitr qan götürülüb. Ötən il keçirilən analoji aksiyada 300-ə yaxın rayon sakini ehtiyacı olanlara yardım edib”, – deyə Göygöl MRX-nin baş həkimi Hamlet Ömərov bildirib.
Aksiyada 200 nəfər iştirak etsə də, səhhətində problemləri olmayan 170 nəfər donor olub.
“1 günlük aksiyada toplanan qan irsi qan xəstələyindən əziyyət çəkənlərə yardım etmək məqsədi ilə respublika qan bankına göndərilib”, – deyə baş həkim qeyd edib.