Rusiyada qeyri-leqal miqrasiyanın səviyyəsi azalıb. Bu barədə RF Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski məlumat verib.
“Rusiyada qanunsuz yaşayan əcnəbilərin sayı 1 mln. 100 min nəfərədək azalıb”,- deyə K.Romodanovski cümə axşamı forumda çıxış edərkən bildirib.
Qanunsuz işləyənlərin sayı 800 min nəfər azalıb”, - deyə FMX-nin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu, Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədardır.
Rusiyada qanuna uyğun olaraq işləyən əcnəbi əmək miqrantlarının sayı 400 min nəfər azalıb”,- deyə o əlavə edib.
Bununla yanaşı, o deyib ki, 2015-ci ildə əmək miqrantlarının ödənişləri hesabına Rusiyanın regional büdcələrinə 21 mlrd. rubl daxil olub ki, bu da ötən ilin göstəricisindən 1,7 dəfə çoxdur.
Miqrasiya vəziyyətində dəyişiklik rusiyalıların miqrasiya anlayışını yaxşılaşdırıb. İndi Rusiyada miqrantların leqallaşdırılmasına və assimilyasiya olmasına köməklik edilməsini vacib hesab edənlərin sayı çoxalıb”,- deyə xidmət rəhbəri vurğulayıb.