Qarşıdan gələn bazar günü Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dünyanın 69 ölkəsindən nümayəndələr bu ölkəyə səfər edəcək.
“Qırğızıstandakı parlament seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyası 69 ölkədən 611 beynəlxalq müşahidəçini akkreditə edib”,- deyə bu gün MSK-dan “İnterfaks” agentliyinə bildirilib.
Agentliyin müsahibinin sözlərinə görə, akkreditə olunmuş nümayəndələr arasında ATƏT DTİHB, ATƏT PA, MDB və eləcə də bir sıra dövlətlərin təmsilçiləri var.
Müşahidəçilərin əksəriyyəti artıq Qırğızıstandadır, onların seçkilər günü ölkənin regionlarında yerləşən bütün seçki məntəqələrinə səfər etməsi planlaşdırılır.