"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sistemi üçün yüksək risk qrupuna malik olan ölkələr sırasına daxil edib. Bu barədə agentliyin hesabatında qeyd edilir.
“Şirkətləri müxtəlif valyutalarda aktiv və ödəliklərə, həmçinin xarici valyutada sığortalanmamış iri mövqelərə sahib olan ölkələrin bankları böyük risk daşıyıcılarıdır. EMEA regionunda (Avropa, Yaxın Şərq, Afrika) bu, ilk növbədə Azərbaycan, Qazaxıstan, Ukrayna və Nigeriya banklarına aiddir”, - deyə agentlik məlumat verib.
“EMEA ölkələrində valyutanın qiymətdən düşməsi banklar üçün riskləri necə artırır” adlı hesabatda qeyd olunur ki, regionun bankları üçün xarici valyutada fondlaşmadan və böyük paya malik valyuta depozitlərindən həddən artıq asılılıqdan yaranan risklər mövcuddur.
Misal üçün, Azərbaycanda olduğu kimi, burada da bütün depozitlərin təxminəm yarısı xarici depozitlərin payına düşür.
Hesabat müəlliflərinin rəyinə əsasən, xarici valyutada borcların dəyəri artdığı zaman bu amillər bankların gəlirliliyinə təsir edəcək.
A.Axundov