Oktyabrın 29-dan “Ural Hava Yolları” şirkəti Sankt-Peterburq-Lənkəran reysini həyata keçirəcək. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Uçuşlar “Airbus” təyyarələri ilə cümə axşamları həyata keçiriləcək.
“Lənkərana reys aviaşirkətin bu il Sankt-Peterburqdan açdığı 9-cu birbaşa reysidir”, - deyə məlumatda qeyd olunur.
Aviakassalarda və şirkətin saytında artıq bilətlərin satışına başlanılıb. Bir istiqamətə “ekonom-sinif” yerlərə biletin qiyməti 9,996 min rubldan başlayır, gediş-gəliş biletinin qiyməti 21,169 min rubl təşkil edir.
“Ural Hava Yolları” daşımaların həcminə görə Rusiyanın aparıcı aviaşirkətlərinin sırasına daxildir. Uçuş coğrafiyası 200-dən artıq istiqaməti əhatə edir. Hava gəmiləri parkı 30-dan artıq “Airbus” təyyarəsindən ibarətdir.
N.Abbasova