Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edir.
AZƏRTAC dövlət informasiya agentliyinin məlumatına görə, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşdə prezident İ.Əliyev gömrük orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasının önəmimi qeyd edib. Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində ölkələrimizin gömrük orqanları qarşısında mühüm vəzifələrin dayandığını deyən dövlət başçısı iqtisadi böhranın nəticələrinin araşdırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
C.Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu deyərək bu sahədə ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
F.İsazadə