Göygöl Milli Parkını son iki ay ərzində 10 mindən çox turist ziyarət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Turistlərin demək olar ki, 30%-ə yaxını dünyanın müxtəlif ölkələrindən olan əcnəbilərdir. Göygöl dünyanın möcüzəsi sayılır. Elə ona görə də yəqin xarici turistləri cəlb edir”, – deyə Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova bildirib.
Göygöl Milli Parkının yenidən turistlərin üzünə açılması bu rayonda qış turizmi üçün də imkanlar yaradıb.
“Mədəniyyət və Turizm Nazirliyinə təklif verilib ki, Şahdağ Qış Turizim Mərkəzində olduğu kimi bizim ərazidə də qış turizm istirahət mərkəzi yaradılsın. Yəqin ki, bu təklif nazirlik tərəfindən nəzərə alınar və gələcəkdə burada da qış turizm mərkəzi yaradılar”, – deyə şöbə müdiri qeyd edib.
F.Mehdiyev