SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki yeni quyunu istismara verib. Bu barədə şirkətdən məlumat verilib.
37 nömrəli quyu 19 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyunun dərinliyi 3000 metrə yaxın təşkil edib. Qazma işləri Fasilə Lay Dəstəsinə həyata keçirilib.
Quyunun sutkalıq debiti 19 min kubmetr qaz və 100 ton neft təşkil edib.
Quyuda qazma işləri SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova