Bakı Vergilər Departamenti tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
“Vergilər Nazirliyi vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılmasına yönələn tədbirlər planının icrasını davam etdirir”, - deyə məlumatda qeyd olunur.
Buna əsasən vergilər naziri Fazil Məmmədovun 1 oktyabr 2015-ci il tarixli əmri iləVergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.
A.Əzizov