2016-cı ildə Azərbaycanın tikinti sektorunda 4,6% səviyyəsində azalma proqnozlaşdırılır. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü parlament komitələri tərəfindən 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
“2016-cı ildə tikinti sektoru dövlət investisiyalarınınn azalması fonunda 4,6% azalacaq”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, gələn il qeyri-neft sektorunda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırılır. “Tikinti sektoru nəzərə alınmadan 2016-cı ildə Azərbaycanda qeyri-neft iqtisadiyyatının artımı 5,3% təşkil edəcək”, - deyə o əlavə edib.
Nazir müavini qeyd edib ki, 2016-cı ildə qeyri-neft sənayesinin artımı 9%, kənd təsərrüfatı sahəsinin artımı 5,5%, xidmətlər sektorunun artımı 4,8% səviyyəsində proqnozlaşdırılır.
S.Həsənova qeyd edib ki, 2015-ci ildə hökumət qeyri-neft sektorunun 5,9% səviyyəsində artacağını proqnozlaşdırır.
A.Axundov