Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 5-nə manatın dollara nisbətən rəsmi məzənnəsini oktyabrın 2-də qeydə alınmış 1,0483 manat/$1 səviyyəsinə qarşı 1,0481 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,019% möhkəmlənib.
AMB oktyabrın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsini oktyabrın 2-də qeydə alınmış 1,172 manat/1EUR səviyyəsinə qarşı 1,1766 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3925% ucuzlaşıb.
Oktyabrın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi oktyabrın 2-də qeydə alınmış 0,016 manat/1RUR səviyyəsinə qarşı 0,0158 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,25% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov