“Baku Bus” IBS və Wi-Fi şəbəkəsinin quraşdırılması üçün podratçı seçir. Bu barədə şirkətin elanında qeyd olunur.
“Baku Bus” MMC bütün əsas inzibati, yaşayış, kommersiya və satış obyektlərində Wi-Fi şəbəkəsi quraşdırmaq niyyətindədir.
Şirkət podratçını açıq tender üsulu ilə seçir.
Tenderdə iştirak haqqı 2,5 min manat təşkil edir.
Tender təklifləri noyabrın 16-dək qəbul edilir, təklif zərfləri noyabrın 17-də açılacaq.
“Baku Bus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “Baku Bus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
A.Axundov