İran İslam Respublikasının Şərqi Azərbaycan Ostandarlığının ostanı İsmayıl Cabbarzadə oktyabrın 19-22-də Azərbaycanda səfərdə olacaq. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının saytında məlumat verilir.
Səfər zamanı İ.Cabbarzadə bir sıra rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə İran-Azərbaycan əlaqələrinin inkişafı və regionlar arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
F.İsazadə