Rusiya hərbi təyyarəsinin Türkiyənin hava məkanını pozması ilə əlaqədar bu ölkənin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və hadisəyə görə etiraz bildirilib. Bu barədə bazar ertəsi Türkiyə XİN-dən məlumat verilib.
Nazirlik bildirir ki, şənbə günü Rusiyaya məxsus hərbi təyyarə Suriya-Türkiyə sərhədində ölkənin hava məkanını pozub. Təyyarəni ələ keçirmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin iki ədəd F-16 qırıcısı havaya qalxıb.