Azərbaycanın şimal-qərb bölgəsində narkotik bitkilərin satışında şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kənd sakini Nizami Taşovu saxlayıblar, onun evindən 5,065 kq marixuana aşkarlanıb.
Bundan başqa, həmin rayon ərazisində yerləşən meşə massivində polislər narkotik bitki plantasiyası aşkar ediblər. Əməliyyat zamanı ümumi çəkisi təxminən 10 kq olan və aqrotexniki üsulla becərilmiş 178 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov