2015-ci ilin sentyabr ayında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 4 mln. 797 min 043 min kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
393 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 305 mln. 765 min 807 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 min 694 min ədəddir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Yevlax, Sumqayıt, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin sentyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
R.Babayev