Riqa Şəhər Dumasının vitse-spikeri Andris Ameriksin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Biz düşündük ki, Bakı ilə olan əlaqələri Azərbaycanın digər bölgələri ilə də qurmaq olar. Gəncə ilə bir sıra sahələrdə əməkdaşlıq etmək üçün imkanlar var. Biz çox şadıq ki, 2016-cı ildə Gəncə Avropa Gənclər Paytaxtı olacaq. Bura mütləq gənclərdən ibarət nümayəndə heyəti göndərəcəyik. Mən şəhər rəhbərliyini Riqaya dəvət etdim. Biz əməkdaşlıq edə biləcəyimiz sahələri bir daha gözdən keçirəcəyik", – deyə Riqa Şəhər Dumasının vitse-spikeri bildirib.
A.Ameriksin sözlərinə görə, Riqa mədəniyyət, turizm və kommunal, xüsusilə zibil emalı sahələrində öz təcrübəsini Gəncə ilə bölüşə və bu sahənin inkişafı istiqamətində birgə layihələr həyata keçirə bilər.
Qonaqlar Gəncədən sonra Qəbələyə səfər edəcəklər.
F.Mehdiyev