Bakının Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü ilə nəticələnib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Zığ şosesində "Mitsubishi L-200" markalı avtomobilin aşması nəticəsində sərnişinlərdən biri hadisə yerində həlak olub. Sürücü və daha 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Klinik Xəstəxanaya çatdırılıblar. Burada sərnişinlərdən biri vəfat edib. Digər yaralılara müvafiq tibbi yardım göstərilib və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xətai RPİ İstintaq şöbəsində faktla bağlı araşdırma aparılır.
C.Həmidov