Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin iyun-sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Qazatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak edib.
Tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Səhiyyə Nazirliyi aksiyalarda iştirak edən bütün insanlara dərin təşəkkürünü bildiririr.
Qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.
A.Zeydullayeva