Çərşənbə axşamı Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Saziş təsdiq edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin iclasdan verdiyi məlumata görə, parlament Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişi də təsdiq edib.
R.Babayev