Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Tacikistan parlamentinin aşaği palatasının spikeri Şükürdjon Zuxurovla görüş zamanı bu ölkənin Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə marağı ilə bağlı məmnunluq ifadə edib.
“Sizin və həmkarlarınızın Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə maraq göstərməyinizə şadam”, - deyə S.Narışkin çərşənbə axşamı “Avrasiya iqtisadi perspektivi” forumu ərəfəsində bildirib.
O qeyd edib ki, RF və Tacikistan nümayəndələri MDB, həmçinin digər ölkələrdə keçirilən seçkilərdə müşahidəçilər qismində çox yaxşı çıxış edirlər.
“Qarşıdan Belarusda, sonra isə Azərbaycanda keçiriləcək seçki kampaniyaları gəlir. Beləliklə, bu meydançalarda birgə fəaliyyət göstərəcəyik”, - deyə S.Narışkin bildirib.
Ş.Zuxurov isə Rusiya və Tacikistanın strateji tərəfdaş olduğunu deyib.