“Azərenerji” SC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə inhisarçı) 2015-ci ilin yanvar-sentyabr aylarında 16,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-nin mətbuat xidmətindən məlumat verilib.
2015-ci ilin sentyabr ayında Azərbaycanda elektrik enerjisi istehsalı 1,6 mlrd. kVt/saat təşkil edib.
Ötən ilin yekunları üzrə ölkədə 22,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.
N.Abbasova