Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibatı Xətalar Məcəlləsinə Azərbaycanda inzibati xəta törətmiş bəzi narkomanların məcburi müalicəsini nəzərdə tutan dəyişikliklər qəbul edilib.
Dəyişikliklərdə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibatı həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicənin təyin edilməsi nəzərdə tutulur.
Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibatı xətalar törədilməsinin qarşısını almaqdır.
R.Babayev