Çərşənbə axşamı Milli Məclisin plenar iclasında “Polis haqqında” qanuna hüquq-mühafizə orqanları əməkdaşlarının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan dəyişikliklər qəbul edilib.
Qanuna edilmiş düzəlişlərə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
R.Babayev