Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında qanunvericilikdə maliyyə institutlarının əmlakının satış qaydalarını müəyyən edən dəyişikliklər paketini qəbul edilib.
Dəyişikliklərə əsasən, banklar, sığorta şirkətləri və investisiya fondları müflis olduqda onların əmlakı (aktivləri) maliyyə institutunun müflis olması barədə məhkəmə qərarı qüvvəyə mindikdən sonra 30 gün ərzində hərrac vasitəsilə satışa çıxarılmalıdır.
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib.
A.Axundov