Baxmayaraq ki, 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq, ölkəmizin inkişafı üçün uğurlu olacaq. Azərbaycan prezidentiİlham Əliyev belə hesab edir. Bu barədə dövlət baçşçısının saytında məlumat verilir.
“Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm”, - deyə prezident Göyçay Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq.
“Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq”, - deyə prezident əminlik ifadə edib.
Y.Əliyev