Portuqaliyanın Lissabon şəhərində keçiriləcək “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalında xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ekspozisiya Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 8-17 oktyabr tarixlərində təşkil olunacaq.
"Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı "Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu"nun təşkilatçılığı ilə 2007-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər.
A.Zeydullayeva