Çərşənbə günü prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dövlətimizin başçısı V.Putinə ad günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
F.İsazadə