Vergilər Nazirliyi 2015-ci ilin yanvar-sentyabr aylarında 58,473 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-sentyabr aylarında nazirlik tərəfindən 61,181 min vergi ödəyicisi qeydiyyata alınıb. Beləliklə, 2015-ci ilin müvafiq dövründə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 4,4% azalıb.
“Cari ilin 9 ayı ərzində 58,473 min vergi ödəyicisi vergi orqanlarında qeydiyyatdan keçib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
2014-cü ildə Vergilər Nazirliyi 82,688 min vergi ödəyicisini qeydiyyata alıb.
A.Əzizov