Yaponiya hökuməti İsmayıllı rayonunda su təchizatı sisteminin tikintisi üzrə lahiyə həyata keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 9-da bununla əlaqədar Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və “Gənclərin inkişafı naminə” İctimai Birliyinin direktoru Rafiq İsmayılov arasında müqavilənin imzalanma mərasimi keçiriləcək.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək. Layihənin dəyəri $90,646 min təşkil edir.
Ümumilikdə bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində ümumi məbləği $17 mln. 585,664 min təşkil edən 206 layihə həyata keçirilib.
A.Zeydullayeva