Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər 2015-ci ilin sonuna kimi yekunlaşacaq. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib.
“Hazırda Şəmkir, Xaçmaz və Xızı rayonlarında 2 aqroparkın yaradılması üzrə işlər aparılır. 2015-ci ilin sonuna kimi Şəmkir və Yalamada aqroparkların yaradılması üzrə işlərin birinci mərhələsi başa çatacaq”, - deyə Ş.Mustafayev rəsmi “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır.
Nazir vurğulayıb ki, bu aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 mln. manat güzəştli kredit verilib.
A.Əzizov