Azərbaycan hökuməti 2016-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin həcminin 2015-ci ilin yekunları ilə müqayisədə 1,2% - 32,5 mln. tona qədər artımını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2015-ci ildə BTC kəməri ilə neft nəqlinin həcmi 32,1 mln. ton, 2016-cı ildə 32,5 mln. ton təşkil edəcək”, - deyə hökumətdən qeyd ediblər.
Proqnozlara əsasən, 2017-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 31,2 mln. ton, 2018-ci ildə 31,9 mln. ton, 2019-cu ildə 32,8 mln. ton neft nəql olunub.
Hazırda BTC neft kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunur. Bundan başqa, 2010-cu ilin iyun ayından etibarən kəmərlə Türkmənistan, 2013-cü ilin oktyabr ayından etibarən isə Qazaxıstan neftinin nəqli həyata keçirilir.
2014-cü ildə BTC kəməri ilə 34,8 mln. ton Azərbaycan nefti nəql edilib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1077 km-i Türkiyə ərazisindədir.
Boru kəmərinin Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); “INPEX” (2.50%), “Total” (5.00%) və ONGC (2.36%) şirkətləridir.
N.Abbasova