Cümə günü deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.
Seçkiqabağı kampaniya oktyabrın 31-i saat 8:00-da, səsvermənin başlanmasına 24 saat qalmış başa çatacaq.
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov elan edib ki, namizədliyi MSK tərəfindən qeydə alınmış 1233 nəfər seçkilərdə iştirak etmək hüququna malikdir.
274 nəfərin namizədliyi 15 partiya, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsləri irəli sürülüb.
Parlament seçkiləri 125 seçki dairəsi üzrə keçiriləcək.
R.Babayev